Qış gecəsi xoş nəğmələrlə

30 dekabrda məktəbin musiqi müəllimi Rəna Hacıyevanın təşkilatçılığı və "Xor dərnəyi" üzvlərinin iştirakı ilə "Qış gecəsi xoş nəğmələrlə" adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan Rəna müəllimə hər kəsi "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və qarşıdan gələn "Yeni il" münasibətilə təbrik etdi. Tədbir haqqında qısa məlumat təqdim olunduqdan sonra səhnə xora verildi. Xor müxtəlif rəngarəng - vətənpərvər,şən ruhda musiqilər səsləndirdi. Yekunda iştirakçılar "İlhamlı Azərbaycan" musiqisinin sədaları altında yallı rəqsini edərək birlik nümayiş etdirdilər. Söz məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimovaya verildi. Tədbir iştirakçılarına,eləcə də təşkilatçılara belə gözəl tədbir üçün təşəkkür edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi