Bilik yarışı

20 dekabr məktəbimizin adını fəxrlə daşıdığı Milli Qəhrəman Riad Əhmədovun 66-cı doğum günüdür.

Bu münasibətlə məktəbin kiçik akademiyasının prezidenti,Riad Əhmədov sinfinin sinif nümayəndəsi Pəri Əliyevanın təşkilatçılığı ilə 5-6-cı siniflərdə savadı ilə fərqlənən şagirdlərin iştirakçılığı ilə Bilik yarışı keçirildi.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı, sonrakı dəqiqələrdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

2 mərhələdən ibarət olan yarışın ilk mərhələsində «Şuşa»,«Xarıbülbül»,«Qarabağ» və «Dəmir Yumruq» komandaları iştirak edirdi. 2-ci mərhələyə vəsiqə qazanan komandalar «Şuşa»(5A) və «Dəmir Yumruq»(6A) oldu. Yarışın qalibi isə 6A sinif şagirdlərinin komandası - «Dəmir Yumruq» oldu. Yarışda iştirak edən şagirdlər diplom və sertifikatlarla təltif olundular.

Tədbirin sonunda 6A sinif şagirdlərinin ictimaiyyətə açıq layihəsi olan «Müəllimlərimizi sevirik» adlı qrupun təqdimatı oldu, şagirdlər komandalarının himnlərini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi