Heydər Əliyevin anım günü ilə əlaqədar dərs

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Almaz Nəsibli 3 A sinfində dərs təşkil etdi. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Almaz Nəsibli müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verdi. Daha sonra məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa etdilər. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi