Elşən Quluzadə

Elşən Quluzadə 20 oktyabr 1998-ci ildə Füzuli rayonunun II Mahmudlu kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elşən Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Quluzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Elşən Quluzadə 2021-ci il yanvarın 21-də müalicə aldığı tibb müəssisəsində koma vəziyyətinin 100-cü günündə şəhid olub.Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında qəhrəmanlıq göstərən şəhid Elşən Quluzadəyə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər öz çıxışlarını edib, şəhid E.Quluzadənin döyüş zamanı çəkdiyi videoları paylasdilar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi