Narkomaniyaya yox deyək!

28 noyabr 2022-ci il tarixdə məktəbin kimya müəllimi Gulmirə Məmmədzadə 8 C sinif şagirdləri ilə birgə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici dərs təşkil etdi. Gülmirə Məmmədzadə "Narkomaniya yox deyək!” mövzusunda təqdimatla çıxış edərək, şagirdləri zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə məlumatlandırdı.Dərsin keçirilməsinin əsas məqsədi yeniyetmə və gəncləri narkomaniyanın yayılmasına qarşı aparılan mübarizə tədbirləri, narkotiklərin insan həyatında törətdiyi fəsadlar barədə məlumatlandırmaqdan, onlar arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir. Dərsdə “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi