Reproduksiya

Reproduktiv sağlamlıq azad seçim olmaqla-nəsil artırmaq qabiliyyətidir.Reproduksiya-latın sözü olub özünə bənzər orqanizmin yaradılması,nəsil artırılması deməkdir.Reproduktiv sağlamlıq yeniyetmə dövründə yaranır həyatın sonrakı mərhələsində qorunub saxlanmalıdır. Bu məqsədlə məktəbin UBTR Sevinc Abdullayeva ,məktəbin həkimi Nərgiz Zahidli , tibb bacısı Ləman Nuriyeva siniflərdə maarifləndirici seminar təşkil etdilər. Seminarın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi