Xarı bülbül qoxulu Zəfər günü

Zəfər! Nəhayət, 30 ildən sonra bu kəlmənin şirinliyini bütün varlığımızla hiss etdik. Zəfər! Gücümüzü, birliyimizi bütün dünyaya sübut edən o möhtəşəm gün! Həmin gündən düz 2 il ötüb. Bu gün ölkəmizin hər yerində 30 illik həsrətə son qoyan Zəfər günü təntənə ilə qeyd edilir. Bu münasibətlə məktəbimizdə də müxtəlif tədbirlər keçirilir. Bu gün 3 noyabr 2022-ci il tarixdə növbəti tədbirimiz baş tutdu. Tədbirdə bir çox qonaqlar - Gənclər və idman idarəsinin əməkdaşı Xasay Vəliyev, məktəb direktorları, qazilər, Vətən müharibəsinin iştirakçıları, həmçinin şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədova iştirak edirdi. Tədbiri direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova giriş sözü ilə açaraq Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin dəmir iradəsi, güclü məntiqi , əzmi, müdrik siyasəti, eləcə də yenilməz ordumuzun rəşadəti sayəsində cəmi 44 gün ərzində əldə edilmiş böyük qələbənin əhəmiyyətindən danışdı. Bu qələbənin tariximizin ən şanlı səhifəsi olduğunu vurğuladı. Qələbəni bizə öz canları bahasına bəxş edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının təşkilatçılığı ilə təşkil olunmuş " Xarı bülbül qoxulu Zəfər günü" adlı ədəbi-bədii kompozisiya təqdim edildi. Şagirdlər Zəfər gününə həsr olunmuş şeirlər söylədilər , səhnəciklər göstərdilər, maraqlı rəqslər nümayiş etdirdilər. Şagirdlərin hər çıxışı böyük diqqət və maraqla qarşılandı.Sonda söz qonaqlara verildi. Belə gözəl və rəngarəng tədbirə görə Nisə xanıma və iştirak edən hər bir şagirdə təşəkkür edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi