Hüquqlarımızı bilək və qoruyaq!

Pəri Əliyeva Bakı şəhəri, Səbail rayonu Milli Qəhrəman Riad Əhmədov adına 203 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi,kiçik akademiyanın prezidenti və 2020-2021-ci tədris ilinin "Ən fəal sinif nümayəndəsi"dir.

Pəri kiçik yaşlarından hüquqla,xüsusilə də uşaq hüquqları ilə bağlı araşdırmalar edirdi. 2021-ci il noyabr ayının 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən,respublikanın müxtəlif regionlarından olan fəallığı ilə seçilən uşaqların iştirak etdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Uşaq Forumunda məktəbimizi,eləcə də Səbail rayonunu təmsil etmişdir. "Uşaq hüquqları" ilə bağlı kifayət qədər məlumata sahib olan, öyrənməyi və öyrətməyi sevən şagirdimiz öz bilik və bacarıqlarını məktəbin kiçik sinif şagirdləri ilə də bölüşür. Nümunə olaraq,yaxın günlərdə Pəri,məktəbin 2A sinfində "Uşaq hüquqları" ilə bağlı maarifləndirici söhbət aparmış, şagirdləri məlumatlandırmış və onların suallarını cavablandırmışdır. Qeyd etmək lazımdır ki,Pərini öndə aparan qabiliyyətlərindən biri də yüksək təşkilatçılıq keyfiyyətinə malik olmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi