Zəfərə Aparan İdeya

4 noyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirə məktəbin 10-cu sinif şagirdi Pəri Əliyeva da dəvət olunmuş və iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları və iştirakçıları salamlayan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, qarşıdan gələn Zəfər Günü münasibətilə hər kəsi təbrik edib. O, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin hər bir azərbaycanlı üçün fəxarət mənbəyi olduğunu qeyd edərək, yaddaşlarda əbədi yaşayacağını, qürur dolu hisslərlə yad ediləcəyini bildirib.

Elm və Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova, Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva, “Ümidli Gələcək” Sosial Təşəbbüslər ictimai birliyinin icraçı direktoru Kəmalə Aşumova Zəfər Günü ərəfəsində belə tədbirlərin keçirilməsinin uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi, Zəfər tariximizin yaşadılması baxımından əhəmiyyətini qeyd ediblər.

Tədbir “Bizə zəfər yaraşır” adlı bədii kompozisiya ilə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi