Erkən nigaha yox deyək

Məktəbin psixoloqu Əliyeva Fərqanənin təşkilatçılığı ilə 8- 11-siniflərdə "Erkən nigaha yox deyək" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə psixoloq mövzu ilə bağlı slaydlar təqdim etdi.

Erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu fiziki və psixoloji fəsadlarla yanaşı, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq bildirib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir. Tədbir daha sonra müzakirələr şəklində davam etdi və iştirakçılara maarifləndirmə bukletləri təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi