II Fəxri Xiyabana ziyarət

21 oktyabrda məktıbin 10 B, 10 C sinif şagirdləri sinif rəhbərləri Jana Kəlbiyeva, Ellada Məmmədova və Ədəbiyyat müəllimi Zümrüd Cəbiyevanın rəhbərliyi ilə II Fəxri Xiyabana ziyarət etdilər. Vətənimizin ərazi bütövlüyünün bərpası, erməni tapdağında olan torpaqlarımızın qayıdışı uğrunda canlarını fəda etmiş igid Vətən oğullarının uyuduğu bu müqəddəs məkana ziyarəti özlərinə borc bilən şagirdlərimiz hər bir şəhid məzarı önündə baş əydilər, məzarları gül-çiçəyə qərq etdilər. Şagirdlər və müəllimlər şəhid qəbirləri önündə çıxış edərək öz ürək sözlərini söylədilər. Məktəbin Ədəbiyyat müəllimi Zümrüd Cəbiyevanın məktəbin şagirdi olmuş şəhid Ruhin Xəlilov haqqında söylədikləri hər kəsi çox təsirləndirdi.

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi