Həyat bilgisi fənnində "Torpaq" mövzusu

Məktəbin ibtidai sinif müəllimi Almaz Nəsibli 3A sinif şagirdləri ilə birgə Həyat bilgisi fənnində "Torpaq" mövzusuna uyğun olaraq, hazırladıqları dibçəklər ilə birgə məktəbin həyətyanı sahəsinə düşdülər. Dibçək üçün xüsusi hazırladıqları torpaqları dibçəklərə əlavə edərək, güllər əkdilər.

Komenski əyaniliyi təlimdə "qızıl qayda" adlandırardı. Transfənn inteqrasiyadan istifadə edərək Həyat bilgisi fənni həyatla əlaqələrdirildi. Şagirdlərimiz güləkmə texnikası ilə tanış oldu, güllərə qulluq etməyin yollarını, Günəş şüalarının güllərə olan faydasını öyrəndilər. Əyanilik dərsin daha çox mənimsənilməsinə şərait yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi