Hərbi Qənimətlər Parkına ekskursiya

20 oktyabr 2022- ci il tarixində Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının təşkilatçılığı ilə 5 B sinif şagirdlərinin Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil edildi. Hərbi Qənimətlər Parkına ekskursiya zamanı şagirdlərə Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verildi. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında şagirdləri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi