Dövlət Müstəqillik Günü ilə əlaqədar seminar

17 oktyabrda məktəbdə 18 oktyabr - Dövlət Müstəqillik Günü ilə əlaqədar məktəbin tarix müəllimi Tamilla Seydiyeva 9 B sinfində seminar təşkil etdi. Tamilla Seydiyeva şagirdlərə bu günün tarixi haqqında məlumat verərək dövlətimizin keçdiyi müstəqillik yoluna diqqət çəkdi. Bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilməklə uzun illərdən sonra yenidən bərpa olunub. Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırdığını söylədi. Sonda şagirdlərin hazırladığı dövlətimizin müstəqillik əldə etdikdən sonra 31 il ərzində keçdiyi inkişaf yolundan, qazandığı yüksək nailiyyətlərdən bəhs edən videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi