Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2022-ci il, 5-9 Oktyabr tarixində Bakı Ekspo mərkəzində, 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. 8 oktyabrda məktəbin kitabxana müdiri Aygün Quliyevanın və kitabxanaçı Yaqut Abbasovanın təşkilatçılığı ilə şagirdlərin sərgi-yarmarkaya ekskursiyası baş tutdu. Sərgi-yarmarka zamanı 5 gün boyunca çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evləri iştirak etdi. İştirakçılar Sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazandılar. Sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi