Cəbrayıl şəhərinin27 illik işğalından azad edildiyi günd

Bu gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Düz iki il bundan öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olunub. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırıb. Bu məqsədlə məktəbin psixoloqu Fərqanə Əliyeva 6 B sinif şagirdlərinə maarifləndirici dərs keçdi. Fərqanə Əliyeva vurğuladı ki, Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsi olduğunu qeyd etdi. Daha sonra Fərqanə Əliyeva hazırladığı videotəqdimatı nümayiş etdi. Sonda şagirdləri maraqlandiran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi