Anım Günü ilə bağlı açıq dərs

27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər planına əsasən məktəbin tarix müəllimi Haqverdi Cəfərov 9 A sinfində bu günə həsr olunan açıq dərs keçirdi. Vurğuladı ki, 27 sentyabr 2020- ci ildə Azərbaycan ordusu ermənilərin növbəti təxribatını dəf etmək üçün hərəkətə keçdi. Bu, bizə misilsiz tarixi qələbəmizin başlandığı gün oldu. Ordumuz Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il əsarətdə qalan müqəddəs torpaqlarımızı azad edərək tariximizin növbəti şanlı səhfəsini yazdı. 44 günlük Vətən müharibəsi bütün dünyaya Azərbaycan ordusunun qüdrətini, xalqımızın birliyini bir daha nümayiş etdirərək hər kəsə sübut etdi ki " Qarabağ Azərbaycandır!" Sonra şagirdlər Anım günü ilə bağlı hazırladıqları videoçarxları təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi