Vətən müharibəsinin ildönümü

Vətən müharibəsinin ildönümü münasibətilə sentyabrın 24-də məktəbin təşkilatçısı Nisə Qurbanlı, UBTR Sevinc Abdullayeva, tarix müəllimi Haqverdi Cəfərov və məktəbin bir qrup şagirdləri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan qəhrəmanlarımızın məzarları ziyarət edildi. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi,məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzüldü. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik.

Qəbriniz nurla dolsun qeyrətli Vətən oğulları!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi