Yaşasın sülh!

21 sentyabr 2022-ci il tarixində məktəbdə Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirildi.

Qeyd edildi ki, sülh insanlar üçün ən lazımlı, ən gərəkli, ən vacib dəyərlərdən biridir. Sülhün əldə olunması gələcəyimizin qorunması deməkdir. Müharibə insanlara fəlakət, ölüm bəxş edir. Buna görə də xalqımız hər zaman sülhsevər olmuş, sülh içində, əmin-amanlıqla yaşamağa istəkli olmuşdur. Dünyada Sülh Gününün keçirilməsi sübut edir ki insanlar müharibə yox, sülh istəyir. Biz də hər zaman sülh tərəfdarı olmuşuq. Son zamanlar ölkəmizin Ermənistana dəfələrlə sülh təklifi etməsi də bunun sübutudur. İnanırıq ki, tezliklə bütün dünyada, o cümlədən bizim də sərhədlərimizdə sülh bərpa olunacaq.

Daha sonra şagirdlər Sülh Günü ilə bağlı şeirlər səsləndirdilər, divar qəzeti hazırladılar. Şagirdlər çəkdikləri rəsm əsərlərində ağ göyərçin, zeytun budağı, müxtəlif rənglərin qarışığı ilə sülh rəmzlərini əks etdirdilər.

Sonda şagirdlər "Yaşasın sülh!", "Biz sülh istəyirik!" kimi şüarlar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi