Gənc Könüllülər

Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi, "Gənc Könüllülər" İctimai Birliyinin təşkilatçılığı ilə yay tətilini daha səmərəli və əyləncəli keçirmək məqsədilə 1-5 sentyabr tarixlərində təşkil olunan #GƏNCLİYİMİZ adlı yay düşərgəsinə 90 nəfər Gənc Könüllü qatılıb.

Sentyabrın 1-də Naftalan şəhər İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Hüseynova, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Mingəçevir Dövlət Universitetinin direktoru Şahin Bayramov, "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ceyhun Bayramovun iştirakı ilə düşərgənin açılış mərasimi keçirilib.

Düşərgənin keçirilməsində əsas məqsəd Gənc könüllülərin asudə vaxtlarını səmərəli keçirmələri, fərdi inkişaflarına təkan vermək, həmçinin peşəkar mentorların təqdimatında təlim və seminarların sayəsində zəruri bilik, bacarıq və səriştələrinin artırılmasıdır.

Yay düşərgəsində panel görüş baş tutub.

Görüşün mövzusu "Dövlətin gənclərə qayğısı" olub. Görüş çərçivəsində müzakirələr aparılıb və könüllülərin sualları cavablandırılıb.

Düşərgənin ilk günündə komandalar öz təqdimatlarını nümayiş etdirdilər. Günün sonunu əyləncə ilə başa vurdular.

Yay düşərgəsinin ikinci gününə "Skaut bacarıqları" adlı praktik təlim baş tutub. Təlim çərçivəsində Gənc Könüllülərin skaut bacarıqlarının formalaşdırılması barədə müzakirələr aparılıb, könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Düşərgənin növbəti təlimi təlimçi Vüsalə Əmiraslanovanın təqdimatında "Zamanın idarəolunması" mövzusunda baş tutub.

Yay düşərgəsinin ikinci günündə Vətən müharibəsinin iştirakçılarının Gənc könüllülər ilə görüşü baş tutub.

Müharibə iştirakçıları döyüş yollarından danışıb, könüllülərin suallarını cavablandırıblar.

Düşərgənin növbəti təlimi təlimçi Zaur Cahangirovun təqdimatında "Təqdimat bacarıqları" mövzusunda baş tutub.

Təlim çərçivəsində effektiv şəkildə qruplarla iş bölgüsü edərək Gənc könüllülərlə birgə komanda işi həyata keçirilib.

Asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə könüllülər açıq havada film izləyərək birlikdə əyləncəli gün keçiriblər.

Düşərgənin üçüncü gününün növbəti təlimləri açıq havada baş tutub. Təlim, təlimçi Vüsalə Əmiraslanovanın təqdimatında "Ünsiyyət bacarıqları" mövzusunda və təlimçi Zaur Cahangirovun təqdimatında "Özünü ifadə texnikaları" mövzusunda baş tutub.

#GƏNCLİYİMİZ yay düşərgəsinin iştirakçıları ilə birgə "Sirli Naftalan" intellektual komanda oyunu (kvest) oynayaraq asudə vaxtlarını dəyərləndiriblər. Qalib komandalar hədiyyələrlə mükafatlandırılıb. "Kəpəz" komandası isə birinci yerə layiq görülüb.

Düşərgədə məktəbimizin 10A sinif şagirdi Qayıbova Fatimə də fəal iştirak edərək müxtəlif hədiyyələrə və sertifikata layiq görülmüşdür. Fatiməni təbrik edir, hər zaman belə fəal olmağını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi