Millət Vəkili Jalə Əhmədovanın Gənc Dostları üçün Şamxal Əhmədov tərəfindən layihələrin yazılması

Millət Vəkili Jalə Əhmədovanın Gənc Dostları üçün Şamxal Əhmədov tərəfindən layihələrin yazılması, idarə olunması və icrası mövzusunda zoom proqramı vasitəsilə təlim xarakterli görüş keçirildi. Məktəbimizin 10A sinif şagirdi Pəri Əliyeva da Jalə Əhmədovanın gənc dostu olaraq görüşdə iştirak edirdi. Millət Vəkili Jalə Əhmədovanın Gənc Dostlarına öz təkliflərinin və idealarının layihə formasına salınması, layihələrin yazılması, idarə olunması və icrası tam ətraflı şəkildə izah olundu. Gənc dostlar öz təklifləri və həyata keçirmək istədikləri layihələr haqqında danışdılar və bir yerdə müzakirələr apardılar. Şamxal Əhmədov bu istiqamətdə gənclərə öz məsləhət və tövsiyələrini verdi və bildirdi ki, hər bir gənc dostun layihəsinin həyata keçirilməsində Jalə Əhmədova onlarla bir yerdə olacaq, onlara yaxından köməklik göstərəcək və dəstək olacaq.

Sonda Şamxal Əhmədov gənc dostları maraqlandıran bütün sualları cavablandırdı və hər bir gənc dosta uğurlar arzuladı.

Biz də məktəb kollektivi olaraq fəal şagirdlərimizdən biri Pəri Əliyevaya uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi