Əsas Həyat Bacarıqları

25 Avqust tarixində 2 ildən artıqdır davam edən, 8 dəfə keçirilmiş və artıq 150

nəfərdən çox ("BLS 1-8") iştirakçısı olan "Əsas Həyat Bacarıqları" ("BLS") layihəsinin bağlanışı baş tutdu.

Gənclərin şəxsi inkişafına müsbət təsir etmiş bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNICEF-in  birgə tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə reallaşdı.

Gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak etdi. Layihə 2 ay müddətində davam etdi və iştirakçılar sonda sertifikat ilə təltif olundular

Layihə müddətində gənclər aşağıdakı istiqamətlər üzrə:

Təlimlər

"Energize"lar

Müxtəlif infoturlar

⚫ İnteraktiv oyunlar • "Out-reach" fəaliyyətlər

⚫ Komanda oyunları ⚫ Praktiki tapşırıqlar;

✔Özünü tanıma;

✔Şəxslərarası ünsiyyət bacarıqları;

✔Düşünmə bacarıqları və sairə mövzularda təlimlərlə tanış olublar .

Layihədə məktəbimizin 10A sinif şagirdi Qayıbova Fatimə də iştirak etmiş və sonda Binəqədi Gənclər evinin sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova tərəfindən sertifikatla təltif olunmuşdur. Fatiməni təbrik edirik, hər zaman belə fəal olmasını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi