"İrəli" İctimai Birliyinin VIII hesabat- seçki konfransı keçirilib

25 Avqust tarixində "İrəli" İctimai Birliyinin VIII hesabat- seçki konfransı keçirilib.

"İrəli" İctimai Birliyi komandası və üzvləri VIII hesabat-seçki konfransı ilə əlaqədar ilk öncə Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarət ediblər.

500-ə yaxın "İrəli" gəncinin qatıldığı hesabat-seçki konfransında dövlət və hökumət rəsmiləri,millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans müddətində ilk olaraq Birliyin iki illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Daha sonra təşkilatın İdarə Heyətinə seçki keçirilib. Namizədlər haqqında təqdimat nümayiş olunub və səsvermə prosesinə başlanılıb.

İdarə Heyətinə üzvlər təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə "İrəli" İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.

Konfransda məktəbimizin 10A sinif şagirdi Qayıbova Fatimə də iştirak edib və dövlət rəsmiləri ilə xatirə fotoları çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi