Millət vəkili Jalə Əhmədovanın gənc dostları ilə onlayn görüşü

Millət vəkili Jalə Əhmədovanın gənc dostları ilə onlayn görüşü baş tutdu. Məktəbin 10-cu sinif şagirdi Pəri Əliyeva da görüşdə millət vəkilinin gənc dostu olaraq iştirak edirdi.

Azərbaycanın müxtəlif bölgələrindən olan gənc dostların iştirakı ilə keçirilən görüş çox xoş təəssüratlar ilə yaddaqalan oldu. Gənc dostlar öz təklifləri, fikirləri və layihələri haqqında Jalə Əhmədovaya məlumat verdilər və bir yerdə müzakirələr apardılar. Pəri də öz təklifini etmiş,təklifi Jalə xanım tərəfindən müsbət qiymətləndirilmişdir. Millət vəkili təkliflərin həyata keçirilməsi ilə bağlı əlindən gəldiyi qədər köməklik göstərəcəyini bildirdi. Sonra gələcək planlar haqqında ətraflı müzakirələr aparıldı.

Son olaraq Jalə Əhmədova gənc dostlarına öz tövsiyə və məsləhətlərini verdi. Gənc dostlar isə dəyərli vaxtını ayırıb görüşdə iştirak etdiyi üçün sevimli millət vəkilləri Jalə Əhmədovaya öz minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi