Millət vəkili Jalə Əhmədovanın Gənc Dostlarından

Millət vəkili Jalə Əhmədovanın Gənc Dostlarından,

Pəri Əliyeva (Bakı şəhəri)

Pəri Əliyeva 7 iyul 2007-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Bakı şəhəri Riad Əhmədov adına 203 nömrəli tam orta məktəbdə təhsil alır.

V Ümumrespublika Uşaq Forumunun iştirakçısı,2020/2021-ci tədris ilinin «Ən fəal sinif nümayəndəsi»dir. Junior Achievement Azerbaijan-ın keçirdiyi İnnovasiya düşərgəsində aktiv iştirak, «Yaşıl Gələcək üçün İnnovativ Həllər» layihəsində 1-ci yerə layiq görülmüşdür. Bir çox dövlət rəsmiləri ilə görüşlərdə olmuş, təhsildə nailiyyətlərinə görə ALYANS Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Təhsil Nazirliyi və T-Network-ün birgə layihəsi olan Şagirdlərin Şəxsi İnkişaf Platformasında aparıcı heyət üzvü,eyni zamanda bir çox tədbirlərin təşkilatçısıdır(Mədəniyyətimizin incisi Şuşa,kitab təqdimatı tədbirləri və s.) Müxtəlif sərgilərdə,televiziya verilişlərində iştirak etmiş,müsahibələri yayımlanmışdır. Mərkəzi Bankın respublika üzrə təşkil etdiyi «Bankçılıq və rəqəmsal ödənişlər» müsabiqəsinin qalibidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi