Bankçılıq və rəqəmsal ödənişlər

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) və VISA beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində maliyyə savadlılığının gücləndirilməsi, ölkəmiqyaslı rəqəmsal ödənişlər ilə bağlı məlumatlılığın artırılması məqsədilə 15 iyun - 7 iyul tarixləri ərzində «Bankçılıq və rəqəmsal ödənişlər» virtual kursu üzrə müsabiqə elan edilmişdir. Müsabiqədə «Uşaqlar və pullar» virtual kursu üzrə uğurlu nəticə göstərən şagirdlər iştirak edə bilərdilər. Məktəbin şagirdi Pəri Əliyeva məktəb rəhbərliyi vasitəsilə məlumat əldə edərək müsabiqədə iştirak etmək qərarı aldı. Öncəliklə, «Uşaqlar və pullar» kursu üzrə imtahan verən Pəri 30 sualdan 29 suala doğru cavab verərək, 97/100 nəticə göstərmişdir. Uğurlu nəticə əldə etdiyinə görə sertifikatla təltif olunmuş,«Bankçılıq və rəqəmsal ödənişlər» müsabiqəsində iştirak hüququ qazanmışdır. 7 iyul tarixində müsabiqənin nəticələri elan olunmuş,Pəri respublika üzrə 40 qalibdən biri olmuşdur.

14 iyul 2022-ci il tarixində müsabiqənin qaliblərinin mükafatlandırılma tədbiri keçirilmişdir.

Mükafatlandırılmada Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov, Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova, VISA beynəlxalq kart təşkilatının Azərbaycan üzrə meneceri Nurlan Hacıyev, Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova,eyni zamanda media nümayəndələri iştirak etmişlər. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb,təbrik ediblər.

Daha sonra müsabiqənin qaliblərinə sertifikatlar və hədiyyələr təqdim edilmiş, xatirə fotoşəkilləri çəkilmişdir. Pərini təbrik edir, hər zaman belə fəal olmağı diləyirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi