Sənaye, kənd təsərrüfatı, qida, İnformasiya-Kommunikasiya Texnologiyaları, təhsil, inşaat, logistika, tekstil

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası (İşəgötürənlər) Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və "Marsol" MMC nin birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı, "Qayo Group"un sponsorluğu, "Grow Audit"in tərəfdaşlığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İnformasiya-Kommunikasiya Texnologiyaları, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyətdə olan yerli şirkətlər tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunub.

200-ə yaxın şirkət, 10.000-dən çox ziyarətçinin iştirakı ilə baş tutan sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Məktəbimizin 9A sinif şagirdləri Qayıbova Fatimə və Şabanova Fatimə də bu sərgidə iştirak edərək müxtəlif hədiyyələrlə təltif olunublar. Şagirdlərimizi təbrik edir, hər zaman fəal olmağı diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi