Son zəng 2021-2022

14 iyun tarixində Azərbaycan məktəblərində 2021/2022-ci dərs ilinin “Son zəng”i çalındı. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbimizdə keçirilən “Son zəng” tədbirində Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, baş məsləhətçi Xasay Vəliyev, müəllim-şagird kollektivi, valideynlər iştirak etdi. Tədbiri giriş sözü ilə açan məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışdı. Sonra məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzuladı. Tədbirdə çıxış edən Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva,ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşün formalaşdırılması olduğunu bildirib. O, məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzuladı. Tədbir şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi