Qıymayın uşaqlara

Hər zaman hörmətli, tanınmış qonaqları olan məktəbimizin müəllim və şagird kollektivi 8 iyunda çağdaş ədəbiyyatımızın seçilən uşaq şairi İbrahim Yusifoğlunun "Qıymayın uşaqlara" kitabının təqdimat mərasiminə yığışmışdı. Təqdimat mərasimində Milli Elmlər Akademiyasının əməkdaşları Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova,"Qıymayın uşaqlara" kitabının redaktoru və filologiya elmlər doktoru Elnarə xanım Akimova, professor, filologiya elmləri doktoru Akif İmanlı və sevilən şairimiz Vuqar Əhməd iştirak edirdilər. Əvvəlcə İbrahim Yusifoğlunun yaradıcılıq yolu, uşaqlar üçün yazdığı gözəl əsərlər, bu əsərlərin fidan balaların mənəvi zövqünün, dünyagörüşünün formalaşmasındakı rolu və s.haqqında məlumat verildi. Kitaba yazılmış ön sözün müəllifi İbrahim Yusifoğlu isə bu kitabda hər bir uşağın öz obrazını görəcəyini vurğuladı. Sonra şagirdlər öz rəngarəng çıxışları ilə səhnədə yer aldılar. Sonda xatirə şəkli çəkildi. Tədbir hər kəsdə xoş təəssürat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi