Monitorinq

7 iyun tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dövlət ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq keçirilib. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və müvafiq struktur bölmə rəhbərləri monitoriq prosesinin gedişatını izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi