1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. 1 iyun tarixində 1 C sinfinin ibtidai sinif müəllimi Dinara Zeynalovanın təşkilatçılığı ilə "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edən məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə xanım Kərimova çıxışında Ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu bildirdi. Daha sonra şagirdlər dünya xalqlarına məxsus mahnılar oxuyib,rəqs edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi