Mənim səsim - mənim hüquqlarım

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim - mənim hüquqlarım” adlı tədbir keçirilib.

Tədbirdən öncə uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqları bayram münasibətilə təbrik edib,xüsusilə də Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələlərə münasibəti, uşaqlara olan qayğı və sevgisindən,Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edib.

Daha sonra V Ümumrespublika Forumunun nəticələri və Əlaqələndirmə Şurasının fəaliyyətindən bəhs edilib.

V Forumun Əlaqələndirmə şurasının üzvü, məktəbimizin 9A sinif şagirdi Pəri Əliyeva_ Uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini qeyd edən Pəri Əliyeva istedadlı uşaqların aşkara çıxarılması üçün tədbirlərin təşkil olunması və uşaqların asosiallaşması ilə bağlı məsələlərə diqqət çəkib.

Tədbir uşaqların ifasında səsləndirilmiş “Uşaq himni”nin təqdimatı ilə yekunlaşıb.

Sonda ailə fotosu çəkilib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi