Yaşıl Gələcək üçün İnnovativ Həllər

30 May tarixində məktəblilər üçün Junior Achievement Azerbaijan tərəfindən Beynəlxalq Uşaqlar gününə həsr edilmiş «Yaşıl Gələcək üçün İnnovativ Həllər» adlı Eko Bootcamp keçirildi!

Bootcamp Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, MOL Azərbaycan və PAŞA Bank maliyyə dəstəyi ilə baş tutmuş və ümumilikdə 85 şagird iştirak etmişdir.

Məktəbimizin 9A sinif şagirdləri Pəri Əliyeva,Fatimə Şabanova,Fatimə Qayıbova,Ağgül Əhmədova,9B sinif şagirdi Nigar Məlikova və 7A sinif şagirdi Zərifə Ete Eko Bootcampda iştirak ediblər.

Tədbirdə məktəblilər ekoloji problemlər üzərində düşünərək komanda yoldaşları ilə birgə innovativ həllər üzərində işlədilər.

Bununla yanaşı dəvət olunmuş ekspertlər tərəfindən dizayn düşüncə, təkrar emal üzrə innovasiyalar, dəyər əsaslı təklif üzrə maarifləndirici mühazirələr təqdim olundu.

Bootcamp zamanı komandalar tərəfindən təqdim olunan 14

layihə münsiflər heyəti tərəfindən qiymətləndirildi. Tədbirin yekununda isə "Ən yaxşı komanda işi", "Ən innovativ biznes ideya", "Ən yaxşı təqdimat", "Ən eko dost biznes ideya" nominasiyaları üzrə qalib komandalar mükafatlandırıldı.

«Ən yaxşı komanda işi» nominasiyası üzrə 1-ci yerin sahibi : Pəri Əliyeva,Ağgül Əhmədova,Zərifə Ete və digər 3 üzv;

«Ən eko dost biznes ideya» nominasiyası üzrə 2-ci yerin sahibi : Fatimə Şabanova və komandanın 5 digər üzvü;eyni nominasiya üzrə 3-cü yerin sahibi Nigar Məlikova və komandanın 5 digər üzvü;

«Ən innovativ biznes ideya» nominasiyası üzrə 3-cü yerin sahibi : Fatimə Qayıbova və komandanın digər 5 üzvü. Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi