Şuşa, sən azadsan!

"Şuşa ili" ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 31 mart 2022 ci il tarixli F- 121 nömrəli əmri ilə təsdiq olunmuş "Fəaliyyət Planı" na uyğun olaraq 26 mayda "Şuşa, sən azadsan!" adlı tədbir keçirildi. Tədbir Çiçək Əhmədovanın təşkilatçılığı və 2 "B" sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Tədbirdə Şuşanın erməni işğalından azad olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük, misilsiz xidmətlərindən danışıldı. Azərbaycan Ordusunun şücaəti qeyd olundu. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər 44 günlük Vətən müharibəsində canlarından keçən igidlərimizin həyatından danışıb, mahnı ifa etdilər. Şagirdlər Vətənə, Şəhidlərə, Şuşaya həsr edilmiş şeirlər səsləndirib, mahnı ifa etdilər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi