Mədəniyyətimizin incisi Şuşa

Xalqımız öz qəhrəmanlıq tarixinə hər zaman çoxlu sayda misilsiz qələbələri ilə silinməz səhifələr yazıb. Tarix boyu bir çox çətinliklərlə, xəyanətlərlə qarşılaşmış Azərbaycan hər bir çətinlikdən mərdliklə, alnıaçıq, üzüağ çıxmış, ta yarandığı vaxtdan bu günə kimi silsilə qələbələri ilə sözün əsl mənasında qəhrəmqnlıq salnaməsi yaratmışdır. Bu tarixin ən yüksək zirvəsi Azərbaycan mədəniyyətinin qədimliyini, zənginliyini özündə əks etdirən , unikal diyarımız olan Şuşanın erməni faşistlərinin əsarətindən azad olması, 44 günlük vətən müharibəsindəki qələbəmizin kulminasiyası olan o gündür. Bəli, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, yenilməz ordumuzun rəşadəti, xalqımızın birliyi sayəsində cəmi 44 gün ərzində müqəddəs Qarabağımız , həmçinin Qarabağın tacı olan Şuşa əsarətdən qurtuldu, yenidən özünün əsl sahiblərinə qaytarıldı. Bu tarixi qələbənin əldə edildiyi 2022 ci ili Möhtərəm Prezidentimiz İlham Əliyev əsası 1752- ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşanın 270 illiyi ilə əlaqədar "Şuşa ili" elan etmişdir. Bu münasibətlə məktəbin Milli Qəhrəman Riad Əhmədov adını daşıyan 9 A sinif şagirdləri Pəri Əliyeva və Fatimə Qayıbovanın təşkilatçılığı ilə 25 mayda məktəbimizdə "Mədəniyyətimizin incisi Şuşa" adlı tədbir keçirildi. Tədbir açıq elan edildikdən sonra himn səsləndi, Vətən müharibəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlərə söz verildi. Şuşanın tarixi, mədəniyyəti, sənətkarları, görkəmli dövlət xadimləri haqqında geniş məlumat verən şagirdlər, həmçinin Şuşaya həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. İlyas Əfəndiyevin " Xurşudbanu Natəvan" pyesindən səhnəciklər təqdim etdilər. Onların hər bir çıxışı böyük maraqla qarşılandı. Sonda söz məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimovaya verildi. Əzizə xanım çıxış edərək xalqımızın tarixi qələbəsi, Şuşanın tarixi və Şuşa ili ilə bağlı ətraflı məlumat verdi, təşkilatçılara, şagirdlərə belə gözəl tədbir üçün təşəkkür etdi, sözü qonaqlara verdi. Tədbirimizin qonaqları Səbail rayon 163 nömrəli məktəbin direktoru Sevil Cavadova çox məmnun olduqlarını ifadə edərək uşaqlara və bütövlükdə kollektivimizə öz işində, fəaliyyətində uğurlar dilədilər. Sonda bir sıra təşkilatçı müəllimlərə və fəal şagirdlərə təşəkkürnamələr təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi