Gənc xilasedici və yanğınsöndürən

"Gənc xilasedici və yanğınsöndürən" yarışı orta və ümumtəhsil müəssisələrinin şagirdləri arasında fövqəladə hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət yarışdır. Yarış Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı və respublikanın Təhsil,Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilir. Yarışın keçirilməsinin əsas məqsədləri yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətlə yanaşma hissinin,gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasıdır. 20 may 2022-ci il tarixində məktəbin 10-cu, 9-cu sinif şagirdləri Hərbi rəhbər Ələddin Cəfərovun rəhbərliyi ilə yarışda iştirak edərək 2-ci yerə layiq görüldülər. Şagirdlərimizə müvəffəqiyyətlər,uğurlarının bol olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi