Beynəlxalq Muzeylər Günü

Qədim xalçaçılıq sənəti ulu öndər Heydər Əliyevin daim qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahə kimi müstəqillik illərində daha da inkişaf etmişdir.Xalça sənəti Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri olduğu kimi, mədəni və maddi sərvətlərimiz sırasında da müstəsna yer tutur.

18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir.

20 mayda məktəbin kimya müəllimi Yeganə İsmayılova, tarix müəllimi Tamilla Seydiyeva və Sevinc Vəliyevanın rəhbərliyi ilə 9A, 8 A, 7 B sinif şagirdlərinin Azərbaycan Milli Xalça muzeyinə ekskursiyası təşkil olundu. Xalça muzeyində şagirdlər bələdçinin köməyi ilə muzeyin yaranma tarixi ilə tanış oldular. Şagirdlərə xalçaçılığın qədim və geniş yayılmış sənət növü olduğundan bəhs edildi. Xalçanın toxunması, xalçanın hissələri, xalça toxumaq üçün alətlər və müasir xalçalar haqqında geniş məlumat verildi. Ən əsas eksponat kimi Şuşa muzeyinə aid və üzərində Azərbaycan dilində yazı olan lakin erməni xalçası kimi satılan xalça da şagirdlərə nümayiş olundu. Eyni zamanda şagirdlərimiz İctimai və Mədəniyyət Televiziyasına müsahibələr verdilər. Sonda şagirdlərimiz Şuşanın 270 illiyinə həsr olunmuş videoçarxı muzey rəhbərliyinin təqdimatında izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi