" Təbiəti qoruyanlar" layihəsi

Bakı şəhər Təhsil idarəsinin əmrinə əsasən Yaşıl layihə: " Təbiəti qoruyanlar" layihəsi ilə əlaqədar olaraq 14 mayda məktəbimizin 9 ç sinif şagirdləri məktəbin biologiya müəllimi Turanə Fərzəliyevanın rəhbərliyi ilə ağaclara qulluq fəaliyyətini həyata keçirdilər. Əvvəlcə Turanə Fərzəliyeva şagirdlərə Yaşıl layihə ilə əlaqədar məlumat verdi. Təbiəti qorumağın, hətta bir ağacın belə bizim sağlamlığımız üçün nə qədər önəmli olması barədə şagirdlərlə maarifləndiirici söhbət apardı. Sonra şagirdlər böyük həvəslə işə başladılar. Kimi ağacların dibini bellədi, kimi də onları ağartmaqla məşğul odu. Şagirdlər həmçinin ərazini təmizlədilər, ağaclara su verdilər. Bu ürəkaçan mənzərə hər kəsdə heyranlıq hissi doğurdu. Şagirdlərimizə təşəkkür edir, hər zaman belə təbiəti sevən və qoruyan olmalarını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi