quşlar üçün yuvalar
Yaz gəlir. Hər tərəfdə quşların cəh-cəhi eşidilir. Yazın gözəlliyi körpə balalarımızı da qurub-yaratmağa həvəsləndirir.Belə ki, 20 apreldə 1 B sinfinin fidanları quşlar üçün cürbəcür yuvalar düzəldərək müəllimlərin köməyi ilə məktəbin həyətindəki ağaclardan asdılar. 1 B sinfinin şirin-şəkər balalarını belə xeyirxah təşəbbüs üçün alqışlayır, onlara təşəkkür edirik.