Kitab mənim dostumdur

Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Mütaliə insanı söhbətcil və hazırcavab edir. Mütaliə təfəkkürü dərinləşdirir. Mütaliə insan zəkasının inkişafında mühüm rola malikdir. Əgər insan çox mütaliə edərsə onun dünyaya baxışı da çox zəngin olar. Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir. Bu məqsədlə kitabların şagirdlərin həyatındakı rolu əyani şəkildə göstərmək məqsədi ilə məktəbin kitabxanasında şagirdlərlə "Kitab mənim dostumdur" adlı görüş keçirildi. Kitabxana müdiri Aygün Quliyeva alınmış yeni kitablarla şagirdləri tanış etdi. Hər yaşa uyğun olan kitablar şagirdlərdə maraq yaratdı və onların mütaliəyə olan həvəsini artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi