" Oxu günü " adlı dəyirmi masa

Şəxsiyyət olaraq insanın formalaşıb

kamilləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Bu məqsədlə məktəb kitabxanasında məktəbin Ədəbiyyat müəllimi Zümrüd Cəbiyeva tərəfindən " Oxu günü " adlı dəyirmi masa təşkil olundu. Zümrüd Cəbiyeva hazırki dövrdə milli dəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənəlirinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində mütaliə əvəzsiz təsir gücünə malik olduğunu bildirdi. Daha sonra şagirdlərin mütaliə etdiyi kitablarla bağlı fikirlər açıqlandı. Yazıçı Anarın "Keçən ilin son gecəsi" əsərinin məzmunu şagirdlərin müzakirəsinə çıxarıldı. Şagirdlər əsərin məzmunu, süjet xətti, obrazların xarakterik xüsusiyyətləri barədə suallara cavab verdilər. Zümrüd Cəbiyeva bildirdi ki, insan öz düşüncələrini formalaşdırmaq üçün çox oxumalıdır. Mütaliə etməyən insan öz çevrəsini formalaşdıra bilməyəcəyini söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi