Millət vəkilinin könüllüləri

Hər zaman fəallığı ilə seçilən məktəbimizin 9a sinif şagirdi Əliyeva Pəri bir daha yeni bir ilkə imza atdı. Belə ki, millət vəkili Jalə Əhmədovanın "Millət vəkilinin könüllüləri" layihəsinə qoşulan Pəri layihənin ən kiçik iştirakçısı olmağa nail olmuşdur. Layihə çərçivəsində keçirilən tədbirlərdə diqqətəlayiq çıxışlar edərək hər kəsin, o cümlədən Jalə Əhmədovanın rəğbətini qazanmışdır. Biz də Pərini belə cəsarətli addımlar atdığına görə təqdir edir, yeni-yeni uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi