Yuxu və yuxunun əhəmiyyətləri

6 aprel məktəbin biologiya müəllimi Turanə Fərzəliyeva 9-cu sinif şagirdlərinə "Yuxu və yuxunun əhəmiyyətləri" mövzusunda açıq dərs keçirdi. Dərsin məqsədi şagirdlərə bütün canlı varlıqların öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duymalarını bildirmək idi. Turanə Fərzəliyeva bildirdi ki, Harvard Səhiyyə Məktəbi ilə Afina Universitetinin alimləri 6 ildən artıq müddətdə 26-86 yaş arasında olan 23 681 nəfər üzərində apardıqları təcrübə nəticəsində müəyyən etmişlər ki, gündüzlər iş arası qısa müddətli yatan adamlar ürək xəstəliklərinə daha az tutulurlar. Belə adamlarda ürək xəstəlikləri gündüzlər yatmayan şəxslərə nisbətən 37 faiz az müşahidə olunmuşdur. Daha sonra şagirdlər mövzu ilə bağlı hazırladıqlarl videoçarxları nümayiş etdirdilər. Dərsin gedişi zamanı şagirdlər fəal iştirak etdilər. Sonda Turanə Fərzəliyeva şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi