31 mart azərbaycanlıların soyqırımı günü

31 mart soyqırımı məktəbimizdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisə kimi yad olundu. Bu günlə əlaqədar 31 mart məktəbdə birinci dərslər mövzuya həsr olundu. Siniflərdə müəllimlər mövzu ilə bağlı söhbətlər apardı, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Tamilla Seydiyeva 8 B sinfində “31 mart azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar seminar təşkil etdi. Tamilla Seydiyeva çıxış edərək 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın və qanlı cinayətlər haqqında ətraflı məlumat verdi. Mövzu ilə əlaqədar təqdimatlar və video çarxlar təqdim edildi, soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi