Novruz bayramı bədii ədəbiyyatda

Novruz bayramı ilə əlaqədar məktəbin kitabxanasında Ədəbiyyat müəllimi Zümrüd Cəbiyeva və kitabxana müdiri Aygün Quliyevanın təşkilatçılığı ,10 B sinif şagirdlərinin iştirakı ilə "Novruz bayramı bədii ədəbiyyatda" adlı dəyirmi masa təşkil olundu. Zümrüd Cəbiyeva şagirdlərə vaxtı ilə Novruz bayramına qoyulmuş qadağalar, ilk dəfə bayramın dövlət səviyyəsində qeyd olunması, çərşənbələrin anlamı və digər nüanslarla bağlı maraqlı məlumatlar verdi, şagirdlərin suallarını cavablandırdı. Sonra Novruz adətlərinin əks olunduğu bədii əsərlərlə şagirdləri tanış etdi. Tədbir şagirdlərin Novruz bayramı ilə bağlı bilgilərinin artmasında böyük rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi