Dünya ölkələrində Novruz adətləri

16 mart məktəbin Ədəbiyyat müəllimi Elmira Asanovanın təşkilatçılığı və 8 B sinif şagirdlərinin iştirakı ilə Novruz bayramı ilə əlaqədar Tədbirlər planına uyğun olaraq " Dünya ölkələrində Novruz adətləri" adlı seminar təşkil olundu. Seminarı giriş sözü ilə açan Elmira Asanova Novruz bayramının təkcə Azərbaycanda deyil, bir çox Şərq ölkələrində də təntənə ilə qeyd edildiyini bildirdi. Qeyd etdi ki, məs bu səbəbdən 2009-cu ildə Novruz bayramı UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 Mart Beynəlxalq Novruz Günü elan edilmişdir. Sonra şagirdlər ayrı-ayrı ölkələrdə Novruz adətlərinin əks olunduğu videotəqdimat nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi