Novruz adətləri milli mətbəximizdə

15 mart 2022-ci il...Bu gün xalqımız "İlaxır çərşənbəni - Torpaq çərşənbəsi"ni qeyd edir. Məktəbimizdə də Novruz bayramının sonuncu çərşənbəsi ilə əlaqədar texnologiya müəllimi Zemfira Zəkiyevanın təşkilatçılığı ilə 9-cu sinif şagirdləri arasında "Novruz adətləri milli mətbəximizdə" adlı kulinariya günü təşkil olundu. İlk olaraq şagirdlər Novruz bayramı,çərşənbələr haqqında ətraflı məlumat aldılar. Bir-birindən gözəl əl işləri hazırlandı. Şagirdlər müəllimin köməyi ilə xonça,səməni bəzəyib, yumurta boyadılar. Novruz adət-ənənələri bir daha xatırlandı. Sonda şagirdlər gözəl gün təşkil etdiyi üçün Zemfira müəlliməyə xüsusi təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi