Novruz adətləri fiımlərimizdə

Xalqımızın dünyagörüşündə Novruz bayramı xüsusi yer tutur. Novruz ruh yüksəkliyi, qurub yaratmaq coşqunluğu, torpağa, insana sevgi, humanizm, xeyirxahlıq, barış və s.bu kimi yüksək mənəvi əxlaqi dəyərləri özündə əks etdirən böyük bir el bayramıdır. Minilliklər bayramı olan Novruzun xüsusi rolu var xalqımızın həyatında , taleyində. Özünəməxsus adətləri olan Novruz bayramı hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Bu münasibətlə məktəbimizdə də silsilə tədbirlər keçirilir. Bu gün Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının rəhbərliyi və bir qrup müəllimin iştirakı ilə məktəbimizin X və XI sinif şagirdləri ilə "Novruz adətləri fiımlərimizdə" mövzusunda söhbət təşkil ediıdi. Əvvəlcə məktəbin ədəbiyyat müəllimi Elmira Asanova Novruz bayramının tarixi, adətləri, ədəbiyyatımızda, kino sənətimizdə Novruza həsr olunmuş əsərlərdən, səhnələrdən , eləcə də tariximizin müəyyən dövrlərində bu unikal bayrama qoyulmuş qadağalardan söz açdı. Novruza aid bir çox nüansların"Dəli Kür" və "Yeddi oğul istərəm" filmlərindəki təsvirini şərh etdi. Sonra şagirdlər böyük yazıçımız İ. Şıxlının eyniadlı romanının motivləri əsasında çəkilmiş " Dəli Kür" fiımindən fraqmentlərə tamaşa etdilər. Daha sonra filmdə Novruz bayramının adətlərinin əks olumduğu epizodlara şagirdlər öz münasibətlərini bildirdilər. Film şagirdlərdə çox gözəl təəssüratlar yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi