Narkomaniyaya Yox deyək

4 martda məktəbin psixoloqu Fərqanə Əliyeva və tibb bacısı Ləman Nuriyeva X-XI sinif şagirdləri üçün "Narkomaniyaya Yox deyək" mövzusunda maarifləndirici tədbir keçirdilər. Tədbirdə zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıldı. Fərqanə Əliyeva "Narkomaniya yox deyək!” mövzusunda geniş təqdimatla çıxış edərək, şagirdləri zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə məlumatlandırdı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi