1 mart - Ümumdünya Mülki Müdafiə Günü

1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə təşkilatı yaradılmış və dünyanın 100 ölkəsində qəbul edilərək qeyd edilir. Azərbaycan da bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cu ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə günü hər il müxtəlif olaraq bir mövzuya həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə halların mühafizə sahəsində insanların hazırlığını təmin etmək mülki müdafiə orqanlarının qarşısında bir vəzifə kimi durur. Bu məqsədlə məktəbin Gəncləri Çağırışa qədər hazlıq müəllimi Ələddin Cəfərov və tibb bacısı Ləman Hüseynova siniflərdə maarifləndirici seminar təşkil etdilər. Seminarda şagirdlərə "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" haqqında geniş məlumat verildi, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi